Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşlara valyuta mübadiləsi ilə bağlı məhdudiyyətlər qoyulub? – AÇIQLAMA

Tarix: 22-06-2020 18:42     Baxış: 2657 A- / A+
Vətəndaşlara valyuta mübadiləsi ilə bağlı məhdudiyyətlər qoyulub? – AÇIQLAMA


Son günlərdə bəzi mətbu orqanları və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyası açıqlama verib.

ABA-dan bildirilib ki, hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir:

“Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq, banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışırlar.

Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer alıb.

Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər.

Vətəndaşlarımız AR Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar