Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı üstünlükləri var?

Tarix: 04-06-2020 13:47     Baxış: 4307 A- / A+
Dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı üstünlükləri var?

Nəqliyyat istənilən ölkədə və bütün zamanlarda iqtisadi inkişafda çox böyük əhəmiyyətə malik olub. Bu gün nəqliyyat istehsal müəssisələri ilə tədarük bazarları arasından bir əlaqədir. O eyni zamanda iqtisadi baxımdan fəal əhalinin mobilliyini təmin edir. Qeyd etdiyimiz özəllikləri özündə ehtiva edən nəqliyyat vasitələrindən biri dəmir yoludur. 2015-ci ildən bu yana ölkəmizin dəmir yolu sisteminin modernləşməsi istiqamətində əhəmiyyətli iş görülüb. Bura yeni dəmir yolu xətlərinin çəkilməsi, depoların tikilməsi, qatar, lokomotiv və vaqon parkının yenilənməsi, dəmir yolu şəbəkəsinin maksimal dərəcədə elektirkləşməsinin təmin olunması aiddir. Ölkənin nəqliyyat, iqtisadi və milli təhlükəsizliyinin təmin olunmasında dəmir yoluna xüsusi önəm verilir.

Bəs dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı aşkar üstünlükləri var?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəmir yolunun ən aşkar üstünlükləri təhlükəsiz və ekoloji cəhətdən təmiz olmasındadır:

"Statistikaya əsasən, dəmir yolu ən təhlükəsiz yerüstü nəqliyyat növüdür. Belə ki, dünya üzrə dəmir yolunda hər 1,5 milyard kilometrə 0,2 həlak olma halı düşür. Ənənəvi olaraq nəqliyyat ətraf mühitə ən çox mənfi təsir göstərən sektorlardandır. Məhz dəmir yolu ekologiyaya ən az zərərli təsir göstərən nəqliyyat növüdür. Bu onunla əlaqədardır ki, sərnişin və yükdaşımaların əksər hissəsi elektrik enerjisindən istifadə olunmaqla daşınır. Bildiyimiz kimi ekologiya məsələsi bu gün heç zaman olmadığı qədər həssas bir mövzudur. Bu mənada maksimal dərəcədə ekoloji təmiz nəqliyyat növləri ən yüksək rəqabətqabiliyyətinə malikdirlər”.



Ekspert diqqətə çatdırıb ki, dəmir yolları hasilat, emal müəssisələrindən iri istehsalçılara qədər birbaşa əlaqənin yaradılmasına imkan verir: "Bu zaman ixtisaslaşmış vaqonların, müxtəlif yüklərin daşınması üçün yüksək yüktutumlu sisternlərdən istifadə olunması itkiləri azaldır və təhlükəsizliyi artırır. Digər tərəfdən eyni lokomotivlər həm sərnişindaşımada, həm də kiçik və orta tonnajlı yüklərin daşınmasında istifadə olunur ki, bu da onların universallığının əsas göstəricisidir. Eyni zamanda dəmir yolu böyük həcmdə yükləri uzaq məsafələrə kifayət qədər yüksək sürətlə və daha ucuz qiymətə daşımağa imkan verir. İlin fəsillərindən, hava şəraitindən, günün vaxtından asılı olmadan daşımaların həyata keçirilməsinin mümkünlüyü bu nəqliyyat növünün mütəmadi və dinamik hərəkətliliyini təmin edir. Hesab edirəm ki, Azərbaycanda heç bir nəqliyyat növü bu cür imkanlara malik dəmir yolu ilə rəqabət apara bilməz”./finans.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar