Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məhsullar gömrük rüsumundan azad olundu

Tarix: 18-04-2020 19:37     Baxış: 3133 A- / A+
Bu məhsullar gömrük rüsumundan azad olundu

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Manevr.az-ın məlumatına görə, qərara əsasən, plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad olunub.

Həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərin hər bir ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları, digər plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu müəyyən edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar