Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana bu il Rusiyadan yeni nəsil vaqonlar gətiriləcək

Tarix: 09-04-2020 08:47     Baxış: 4132 A- / A+
Azərbaycana bu il Rusiyadan yeni nəsil vaqonlar gətiriləcək

Azərbaycan şirkətləri - “Soyuzkontakt-Trans” MMC və ATUTRANS MMC Rusiyanın vaqon istehsalçısı “United Wagon Co” şirkəti ilə 2 razılaşma imzalayıb.

Razılaşmaya əsasən, Rusiya şirkəti bu ilin 2 rübünün sonuna kimi “Soyuzkontakt-Trans”a ümumi tutumu 120 kub/metr və ya 76 ton olan 40 ədəd taxıl bunkeri təhvil verəcək. Belə ki, köhnə versiyalarından 6 ton çox yük götürəcək yeni vaqonların 5 yükləmə lyuku taxılın bərabər paylanmasını təmin edəcək.

“Azərbaycanın taxıl idxalında və tranzit daşımalarında dövriyyə sürətlə artır. Ona görə də şirkətimiz artan dəmir yolu nəqliyyatındakı tendensiyanın mərkəzində olmağa çalışır”, - deyə "Soyuzkontakt-Trans" şirkətinin baş direktoru İlyas Səfərov bildirib.

Bundan başqa, digər Azərbaycan şirkəti ATU TRANS MMC Rusiya şirkətinə taxta materiallarının daşınması üçün 18 açıq vaqon, həmçinin 3 rübün sonuna 5 ədəd vaqon sifariş verib.

Qeyd edək ki, 13-6895 modelli örtülü vaqonların tutumu 72,5 ton, uzunluğu 18 850 mm olan vaqonlar qısa təkər bazasına uyğun olaraq, standart modellərdən 40% daha çox yük daşıya bilir. 11-6874 modelli vaqonların isə tutumu 175 m3 və ya 73 tondur. Üst və yan yükləmə lyukları olan bu vaqonlar köhnə dizaynlarından 5 ton çox yük götürə bilir.

“Bir neçə il əvvəl istehsal edilən 1 520 mm ölçülü, yeni nəsil vaqonların Azərbaycanda istifadəsinin bütün üstünlüklərini tezliklə görəcəyik”, – ATU TRANS şirkətinin direktoru Rafiq Şıxəmirov bildirib.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar