Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Banklara növbəti ÇAĞIRIŞ: “Kredit ödənişləri 3 aylıq dayandırılsın”

Tarix: 03-04-2020 17:17     Baxış: 4183 A- / A+
Banklara növbəti ÇAĞIRIŞ: “Kredit ödənişləri 3 aylıq dayandırılsın”

“Böhran zamanı əksər banklar gecikmədə olan müştərilərinə kredit verə bilmədiyi üçün onları itirirlər”.

Manevr.az xəbər verir ki, bu fikirləri açıqlamasında yerli bankların xarici maliyyə institutları ilə əməkdaşlığının səviyyəsini və nəticəsini iqtisadçı Alxan Xələfov deyib.

Alxan Xələfova görə, xarici maliyyə institutları ilə əməkdaşlığın zəif olması böhran durumlarında və dolların məzənnəsində artım zamanı banklarımıza çox mənfi təsir edir:

“Barmaqla saya biləcəyimiz banklar var ki, xarici maliyyə institutları ilə əməkdaşlıq edirlər. Dolların məzənnəsində artım olduğu dönəmdə isə banklar risklərin idarə olunması üçün hüquq şöbələrinin manevrləri əsasında dollarla kredit verərək, özlərini sığorta etdiklərini düşünürlər.

Böhran zamanı əksər banklar gecikmədə olan müştərilərinə kredit verə bilmədiyi üçün onları itirirlər. Halbuki bankların daha çox müştəriyə xidmət edərək, gəlir əldə etmələri lazımdır”.

Alxan Xələfov hesab edir ki, koronavirus panemiyasının yaratdığı mövcud durumda banklar kredit ödənişlərini 3 aylıq dondurmalıdırlar. Lakin banklar dövlət dəstəyi olmadan belə bir qərar verə bilmirlər:

“Banklar ya xarici maliyyə institutu ilə çalışmadıqlarına görə lazımi vəsaitləri yoxdur, ya da risklərini düzgün analiz edə bilmirlər. Əslində, banklar kreditlərin dondurulmasında maraqlı olmalıdır. Çünki əvvəlki dövrlərdə problemli müştərilərin sayının çoxluğu onların verəcəyi kredit məhsulunun həcmində azalmaya səbəb oldu.

Son məqamda isə banklar bu gecikmələri nəzərə almadan həmin müştərilərə kreditlər verməli oldu. Azərbaycanda bank sektorunun inkişafının lazımı səviyyədə olmaması iqtisadiyyatımızın inkişafını əngəlləyir. Bu baxımdan, ölkə banklarının xarici maliyyə təşkilatları ilə çalışması və onların risk, analtika, müştəri analizi sahəsindəki təcrübəsini qazanaraq, bank sektorunu daha da möhkəmləndirməsi məqsədəuyğundur”.yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar