Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Neft savaşı: iki ölkə anlaşa bilmədi - Son durum

Tarix: 09-03-2020 11:40     Baxış: 2159 A- / A+
Neft savaşı: iki ölkə anlaşa bilmədi - Son durum


1991-ci ildə SSRİ-nin dağılmasından bəri dünya bazarlarında neftin qiyməti ilk dəfə kəskin şəkildə ucuzlaşıb.

Manevr.az xəbər verir ki, üç ildir qiymət məsələsində tarazlığı qoruyan Səudiyyə Ərəbistanı və Rusiya bu dəfə anlaşa bilməyib.

Rusiya OPEK-in tələbinin əksinə olaraq, gündəlik hasilatı azaltmaqdan imtina edib. Səudiyyə Ərəbistanı isə Rusiyaya cavab olaraq, ixrac etdiyi neftin qiymətinin aşağı salınması qərarını verib. Bundan sonra dünya bazarlarında “Brent” markalı neftin qiyməti 30 faiz ucuzlaşaraq 31.7 dollara düşüb.

Ötən həftənin sonunda OPEK-in keçirdiyi toplantının nəticəsiz qalmasından sonra dünya bazarlarınsda “qara qızıl”ın qiymətləri 45 dollara qədər geriləmişdi. Bu, 2017-ci ildən bəri ən aşağı qiymət sayılır. Bu həftə isə qiymətlər 35 dollar bariyerini də keçərək ən aşağı həddə düşüb.

Qiymətlərin kəskin ucuzlaşması ilk Səudiyyə Ərəbistanı birjasını vurub. Səudiyyə nəhəngi “Aramco”nun səhmləri 9 faizdən çox dəyər itirib. Səudiyyənin digər şirkəti “Tadawul”ın isə dəyər itkisi 8.3 faiz olub.

Küveyt birjası 10 faiz dəyər itirməsindən sonra bazarda durğunluq yaranıb, Dubay birjasının itkisi 7.9, Əbu-Dabinin 5.4, İsrailin 4.5, Misirin 4, Bəhreynin 3.4, Qətərin 2.9, Omanın isə 2.8 olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar