Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına mühüm investisiyalar qoyurlar”

Tarix: 28-02-2020 04:58     Baxış: 3159 A- / A+
Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına mühüm investisiyalar qoyurlar”

“Gürcüstan Azərbaycan üçün çox vacib iqtisadi tərəfdaşdır”.

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşdən sonra açıqlama verən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib.

Bildirib ki, Azərbaycan şirkətləri Gürcüstanda olduqca aktivdir və bu ölkənin iqtisadiyyatına mühüm investisiyalar qoyurlar.

"Görüşdə biz birgə həyata keçirdiyimiz cari lahyihələri, həmçinin gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Sadəcə, iqtisadi dövriyyəni və sərmayələrin intensivləşdirilməsi məsələsini deyil, öz bazarlarımızı yerli və xarici investorlar üçün daha cəlbedici etmək istiqamətində müzakirələr apardıq”, - deyə nazir bildirib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən verilən məlumata görə, iqtisadiyyat nazirlərinin görüşündə ticarət, enerji, ixracat, tranzit, konteyner daşımaları və digər daşımalar, habelə gələcək birgə sərmayə layihələri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, N.Turnava səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb. /musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar