Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Rusiya istehsalı olan avtomobillər bahalaşacaq - Ekspertdən AÇIQLAMA

Tarix: 08-12-2019 17:47     Baxış: 3174 A- / A+
Azərbaycanda Rusiya istehsalı olan avtomobillər bahalaşacaq - Ekspertdən AÇIQLAMA

Rusiyanın avtomobil bazarında 2020-ci ildə kəskin bahalaşma proqnozlaşdırılır.

Azərbaycana avtomobil idxal edən ölkələr sırasında mühüm yerlərdən birini qonşu Rusiya tutur. Qiymətlərin uyğun olması və texniki təmirinin az xərc tələb etməsi əsasən gənclər arasında “sovet maşınları”na marağın azalmasına imkan vermir. Görəsən, bu nəhəng avtomobil istehsal və idxalçısında baş verən bahalaşmalar Azərbaycan maşın bazarına da təsir edə bilərmi?

Manevr.az xəbər verir ki, İqtisadçı ekspert Pəviz Heydərov lent.az-a bildirib ki, bahalaşma yalnız Rusiya istehsalı olan avtomobillərə təsir edə bilər:
“Rusiyanın avtomobil bazarındakı bahalaşma Azərbaycanda bu ölkədən idxal olunan avtomobillərin bahalaşmasına təsir edə bilər. Amma Rusiyanın maşın bazarındakı qiymətlərin artması və ya enməsinin Azərbaycan bazarına təsiri mümkün deyil. Məlumdur ki, Azərbaycanda satılan avtomobillər arasında Rusiya istehsalı olanlar xüsusi yer tutur. Həmin avtomobillərə kifayət qədər tələbat var. Məhz bu tələbat onsuz da qonşu ölkə istehsalı olan avtomobillərin baha olmasını təmin edir. Təbii ki, Rusiyada maşın bazarındakı vəziyyət növbəti bahalaşma dalğası yarada bilər. Söhbət bilavasitə Rusiya istehsalı olan nəqliyyat vasitələrindən gedir. Əlavə bahalaşma gözləmirəm. Digər xarici markaların, başqa ölkələrdən idxal olunan avtonəqliyyat vasitələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyəcək”.

Qeyd edək ki, Rusiya hökumət üzvlərinin təsdiqi əsasında 2020-ci ildən avtomobillərin utilizasiyası başlayacaq. Mütəxəssislərin fikrincə, proqramın həyata keçirilməsi ölkədə avtomobillərin kəskin bahalaşmasına səbəb olacaq. Ekspertlərin sözlərinə görə, ən kiçik qiymət artımı mühərriki 1.2 litr arası olan maşınlara təsir edəcək. 3.5 litr gücündə olan mühərriklərin isə daha çox bahalaşmaya məruz qalacağı gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar