Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oteldə fantastik qiymət – 3 gecə 7765

Tarix: 11-11-2019 09:25     Baxış: 3158 A- / A+
 Azərbaycanda oteldə fantastik qiymət – 3 gecə 7765

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.

Manevr.az xəbər verir ki, bu ilki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və hotellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox hotellərin tətil paketi 2 gecə 3 gün olduğu halda bəzilərində də 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər “dodaq uçuqladır”.

Qiymətlərə diqqət edək:

Yeni İli “Cənnət Bağı Altıağac” İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.

1-ci paket

Tarixlər: 30.12.2019-02.01.2020 ( 3 gecə-4gün )

Qiymət: 335 AZN (1 nəfər üçün) 2-ci paket:

Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə-5 gün)

Qiymət: 410 AZN (1 nəfər üçün)

Qiymətə Daxildir:

• Hoteldə gecələmə;

• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)

• Yeni İL Gala gecəsi

• Əyləncələr: • Şaxta Baba və Qar Qız;

Keçək Şamaxı Palace Şaradil hotelinə. Burda isə 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.


Qiymətə daxildir:

-qidalanma 3 dəfə;

-hoteldə qalma;

-şou proqram;

-Yeni il gecəsi şam yeməyi.

Quba Palace Otelin qiymətlərinə diqqət edək. 27,28,29,30 dekabr, eləcə də, 2,3,4 yanvar tarixlərində 1 gecə 2 gün oteldə qalmaq istəyənlər üçün (2 nəfər üçün) tariflər aşağıdakı kimidir:


Deluxe Dağ Mənzərəli Otaq - 270 AZN

Deluxe Göl Mənzərəli Otaq - 290 AZN

Qiymətə daxildir:

Hoteldə gecələmə (2 gecə / 3 gün), (1 gecə/2 gün)

Qidalanma:

31 Dekabr (nahar və Gala Şam yeməyi)

1 Yanvar (Səhər və Şam yeməyi)

Şou Proqram

Fitness və SPA xidmətləri

Ən astronomik qiymətlər isə Şəkidə yerləşən Marxal Resort hotelindədir. Dekabrın 30-dan yanvarın 2-ə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:


2 gecəlik qiymətlər:

Standart otaq eyvansız 1560 manat (2 nəfərlik)

Standart otaq eyvanlı 1610 manat

Triple 2225 manat

Deluks Suite otaq 1780 manat

Orta ölçülü villa (6 nəfər) 4700 manat

Böyük ölçülü villa (8 nəfər) 5990 manat

3 gecəlik qiymətlər:

Standart otaq eyvansız 2035 manat (2 nəfərlik)

Standart otaq eyvanlı 2110 manat

Triple 2880 manat

Deluks Suite otaq 2365 manat

Orta ölçülü villa (6 nəfər) 6135 manat

Böyük ölçülü villa (8 nəfər) 7765 manat

Bəli, hələ yeni ilin gəlişinə ay yarımdan artıq vaxt var. Amma bəzi hotellərin bayram qiymətləri insanın canına üşütmə salır. Gerçəkdən də Azərbaycanda 3 günlük tətil üçün, üstəlik də cəmi 2 nəfərə 7765 manat verə biləcək insanların mövcudluğu sual doğurur. Amma əminəm ki, bir-iki həftə sonra bu hotellərlə əlaqə saxlayanda sizə boş yer qalmadığı bildiriləcək.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar