Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Palata: "Vahid Əhmədovun, yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır"

Tarix: 29-10-2019 15:55     Baxış: 391 A- / A+
Palata: "Vahid Əhmədovun, yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır"

Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Əhmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib.

Maliyyə Bazararına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev "Marja"ya bildirib ki, Vahid Əhmədov ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır:

"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır".

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası lüzumsuz orqandır:

"Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar