Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

Tarix: 26-09-2019 17:25     Baxış: 3149 A- / A+
İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

"Az qalırlar desinlər ki, ölkədə işsiz adam yoxdur. Bəs hanı o iş ki, mən 180 manat alimentin, 168 manat ünvanlı sosial yardımın ümidinəyəm? 350 manatla iki oğul böyüdürəm, evimdə ayda bir dəfə ət bişirə bilmirəm. Sabah dövlət məndən sağlam əsgər istəyəcək, mənim oğlanlarımsa bir qarnı ac, bir qarnı tox böyüyürlər, xəstələnəndə müalicə etdirə bilmirəm”.

Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunları deyən Nuray Bakıda yaşayır. Həyat yoldaşından 4 ildir ayrılıb. Qonşuların evlərində təmizlik işlərinə gedir, adı müxtəlif xeyriyyə təşkilatlarının siyahısındadır. O uşaq olanda valideynləri dünyasını dəyişib və qardaşı ilə ikisi də qohumların himayəsində böyüyüb:

"Qohumlar da çətinliklə dolanırlar. Eləsi var, məni kimi ünvanlı sosial yardıma möhtacdır. Yaxşı ki, atamdan qalma evimiz vardı, əmim onu satıb hərəmizə bir balaca ev aldı, kirayədə qalmalı olsaydım, lap çox çətinlik çəkərdim”.

Bu il də məktəbqabağı övladlarının məktəb ləvazimatlarını, geyimlərini xeyriyyəçi insanların və təşkilatların hesabına həll edib. Özü isə iş axtarır, elə bir iş ki, uşaqlarını dolandıra bilsin:

"Əvvəllər mağazalarda, restoranlarda təmizlikçi, satıcı işləyirdim, günün 11-12 saatını işləyir 7-8 manat alırdım, indi uşaqların məktəbinə görə gedə bilmirəm elə işə. Evlərə təmizliyə gedirəm, orda da adam çoxdur, bir də görürsən biri çağırır 10 manat verir, növbəti dəfə deyir, filankəs 8 manata gəlir, istəyirsən gəl, istəmirsən onu çağırım”.
İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

Rəsmi statistikada isə "gül gülü çağırır, bülbül bülbülü”. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il sentyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5191,2 min nəfər olub ki, onlardan 4939,1 min nəfərini məşğul əhali təşkil edib. Rəsmi rəqəmlərdə göstərilir ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub ki, onların da 35,3%-ni qadınlar təşkil edib. İşsizlərin cəmi 0,9%-nə və ya 638 nəfərinə işsizlikdən sığorta ödənişi verilib (orta məbləği 233,5 manat təşkil edir). Rəqəmlərə görə, rəsmi işsiz statusu verilən şəxslərin sayı bu ilin əvvəlindən ötən 8 ay ərzində 3,5 dəfə artıb. İşsizlikdən sığorta ödənişi (İşsizlik müavinəti) alanların sayı isə 43% və ya 479 nəfər azalıb. Bu ilin əvvəlində məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20 min 88 nəfər olub. Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 28 min 980 nəfəri Bakı şəhərinin payına düşüb və bu ilin ilk 8 ayı ərzində 3,1 dəfə artıb. Son 8 ayda rəsmi qeydiyyatda olan işsiz insanların sayı ən çox Daşkəsəndə artıb.
İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

Azərbaycanda işsizlik necə hesablanır? Statistika nə dərəcədə reallığı əks etdirir? Niyə işsizlərin çox az faizi işsizlikdən sığorta pulu ala bilir?

Müvafiq qaydalara görə, ölkədə işsizlik iki cür hesablanır: Biri, Əmək və Sosial Müdafiə Nazirliyində işsiz kimi qeydiyyata düşən adamların sayıdır. Hansı ki, təcrübəyə əsasən çox az adamın bu müvəffəqiyyətə nail olduğunu deyə bilərik. Digərini isə Statistika Komitəsi Beynəlxalq Əmək Təşkilatının (BƏT) kriteriyaları əsasında sorğu yolu ilə hazırlayır. Qurum ölkədəki ev təsərrüfatlarının 1 faizini bu sorğuya cəlb edir, hər bir bölgə üzrə də bu 1 faiz qorunur. Yəni, hər rayon və şəhərdəki ev təsərrüfatlarının 1 faizində sorğu aparılır. Bu zaman ailədə 15 yaşdan yuxarı şəxslərin hər biri (pensiya yaşına qədər yaş həddi gözlənməklə) təxminən 60 sualdan ibarət anketə cavab verir. Respondentin işləyib-işləməməsi soruşulur, "yox” cavabı verildiyi təqdirdə işsizliyi müəyyən etmək üçün ən vacib suallar verilir: "Son 4 həftədə iş axtarmısınızmı?”
İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

Bu sualın cavabı "hə”dirsə, növbəti sual gəlir: "Əgər bu gün və növbəti iki həftə ərzində təklif olunan işə gedərsinizmi?” Əgər respondent müsbət cavab verirsə, o, işsizlər siyahısına düşür. Lakin bu sorğu zamanı incə bir məqam dünya təcrübəsində istifadə edilən bu indikator-sualı kölgə altına alır. Əgər respondentin adına torpaq sahəsi varsa, o, işsiz sayılmır. Azərbaycanın "Məşğulluq haqqında” qanununda "məşğul əhali” anlayışına "mülkiyyətində torpaq payı olanlar” da aid edilir. Düzdür, bu cümlə qanunda "İşsiz statusu verilməsi qaydaları” paraqrafında göstərilmir, amma Dövlət Statistika Komitəsi işsizliyin ölçülməsi metodoloğiyasına bunu daxil edib. Yəni, Komitə öz ölçmə meyarlarında bu suala müsbət cavab verən, amma beynəlxalq kriteriya olan son 4 həftədə iş axtaran və novbəti iki həftə ərzində iş təklif olunarsa, işləyə bilən şəxsi işsiz saymır.

Azərbaycanda statistikaya görə, iqtisadi fəal əhali 5,2 milyona yaxındır. Onların 4 milyon 900 mindən çoxu məşğul əhali sayılır. Ekspertlər deyirlər ki, işsiz əhalinin ölçmə metodologiyasına "mülkiyyətində torpaq payı olan” kriteriyasını salmaqla, əslində ölkədə işsiz əhalinin real sayı azaldılıb. Bu baxımdan real hesablama aparılarsa, "işsizlər”in sayı bir neçə dəfə qalxa bilər. Mütəxəssislərə görə, əslində, aqrar sahə ilə məşğul olanlar arasında sorğu başqa kriteriyalar əsasında aparılmalıdır, çünki kənd təsərrüfatı sahəsi (heyvandarlığı çıxmaqla) ilin 12 ayı daimi məşğulluq tələb etmir. Başqa bir tərəfdən nəzərə alsaq ki, ölkədə adambaşına torpaq payı təqribən 4 sot təşkil edir, üstəlik, heç də hamı torpaq payını əkib-becərmir, hətta əkib-becərsə də, bu cüzi torpaq payı onun və ailəsinin dolanışığını təmin etmək gücündə deyil, onda işsizlərin sayı elə aqrar sektorda yaşayanların da hesabına arta bilər. Qeyd edək ki, rəsmi statistikaya görə, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərənlərin sayı 1 milyon 800 min civarındadır.

İqtisadçı ekspert Pərviz Heydərovun da fikrincə, real vəziyyət fərqlidir. Ekspert deyir ki, rəsmi statistikanı, bu rəqəmləri nə nəzəri, nə də praktiki baxımından inkar edə bilməsə də, o, başqa cür düşünür:
İşsizliyin “çiçəklənən” statistikası: düzgün hesablama aparılsa... (ARAŞDIRMA)

"Azərbaycan şəraitində, real vəziyyətdə, mövcud iqtisadi durum baxımından, əmək bazarının mövcud vəziyyəti nöqteyi-nəzərindən onu deyə bilərəm ki, işsizliyin səviyyəsini dəqiq müəyyən etmək çətindir. Çünki işsizliyin bir neçə növü var. Bu növlər üzrə işsizliyin ümumi vəziyyətini konkret rəqəmlə əks etdirmək əslində praktik olaraq mümkün deyil. Burada qeyri-adi nə isə yoxdur. Bundan əlavə, son vaxtlar əmək müqavilələrinin bağlanması, məşğulluğun təmin edilməsi və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin əsas elementlərindən birini təşkil edən qeyri-leqal işçilərin, muzdlu əməklə məşğul olanların üzə çıxarılması istiqamətində aparılan işlər nəticəsində xeyli müsbət nailiyyətlər əldə edilib. İstər Vergilər nazirinin, istərsə də, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin açıqlamalarından, o cümlədən Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, təkcə cari il ərzində nə qədər sayda əmək müqavilələri təmin olunub, üzə çıxarılıb. Bu tendensiya artmaqda davam edir”.

Ekspertin fikrincə, əmək bazarının tam aşkara çıxarılması üçün atılan addımlar tam uğur qazanarsa, o zaman işsizliyin tam uçotunu aparmaq mümkün olar. P.Heydərovun sözlərinə görə, kölgə iqtisadiyyatına qarşı atılan addımlar həm də əmək bazarının öyrənilməsi, real vəziyyətin üzə çıxarılması baxımından müsbətdir:

"Bu, həm də elə bir məsələdir ki, burada qısa müddət ərzində hansısa nəticəyə nail olmaq çətindir. Çox qısa müddətdə biz bu sahədə müsbət nəticələrə nail olacağımızı düşünə bilmərik. Real olaraq mümkün deyil. Hökumət kölgə iqtisadiyyatına qarşı mübarizə aparır, gizli məşğulluğun üzə çıxarılması üçün addımlar atır. Bu addımlar bir qədər də ciddi və davamlı atılarsa, o zaman biz real işsizlik səviyyəsini müəyyən edə bilərik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar