Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"İri alış-veriş mərkəzləri tarixə qovuşacaq"

Tarix: 15-09-2019 12:25     Baxış: 3120 A- / A+
"İri alış-veriş mərkəzləri tarixə qovuşacaq"

"Onlayn alış-veriş dünyada geniş yayılıb və kifayət qədər böyük dövriyyəyə malikdir. Azərbaycanda isə yeni-yeni bu sahədə işlər görülür, şirkətlər yaranır. Məsələn, Rusiyada pərakəndə satışlarda onlayn ticarət dövriyyəsi 20 faizə çatıb. Onlayn alış-veriş kifayət qədər sərfəlidir".

Manevr.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli onlayn alış-verişdən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, bu tipli şirkətlər əlavə xərclərdən, yəni ofis tutmaq, mağaza açmaq, icarə haqqı vermək, kommunal xərcləri ödəmək və s.-dən azad olur. Ona görə də həmin şirkətlər sərfəli qiymətlər təklif edə bilir.

Ekspert bildirib ki, onlayn alış-veriş üçün ayrıca 18 faiz ƏDV nəzərdə tutulub: "Hələlik bununla bağlı problem yoxdur, həmin şirkətlərin narazılığı olmayıb. Bu, həm vətəndaşlar, həm də şirkətlər üçün sərfəli alış-veriş üsuludur. Azərbaycanda da bunun ciddi perspektivləri var. Sadəcə, vergi məsələsi həll olunmalıdır ki, vergidən yayınma olmasın. Və vergiləri vaxtında ödəyən şirkətlər önə çıxsın. Hələlik Azərbaycanda onlayn alış-veriş azdır. Pərakəndə ticarət dövriyyəsinin 90 faizə yaxını hətta nağd şəklində aparılır. Bizdə kartla ödənişlər hələ geniş yayılmayıb. Azərbaycan bazarı kifayət qədər perspektivli bazardır. Ölkəmizdə də bunun yayılması gələcəkdə onlayn alış-verişin həcminin kifayət qədər artmasına səbəb olacaq".

O qeyd edib ki, vergidən yayınma yolları ilə bağlı müxtəlif şirkətlər fərqli addımlar atır: "Məsələn, böyük həcmdə yox, kiçik həcmdə, yəni çanta üsulu ilə ölkəyə mallarını gətirirlər. Bu da ümumiyyətlə vergidən yayınmaya səbəb olur. Ölkəmizdə bu işin sistemli hala gəlməsi üçün yeni qaydalara ehtiyac var. Bu, həm dövlət, həm vətəndaşlar, həm də şirkətlər üçün xeyirli olmalıdır. Bunun üçün birgə formul yaradılmalıdır. Onsuz da onlayn alış-veriş gələcəkdə geniş yayılacaq. Müvafiq qurumların indidən bununla bağlı normal qaydalar hazırlayıb təqdim etməsində yarar var. Çünki bir neçə ildən sonra bu, artıq kifayət qədər geniş yayılmış biznes növünə çevriləcək. Onlayn alış-veriş ilə alıcılar daha ucuz qiymətə mal alırlar, ən azı 20-25 faiz fərq var".

"Hətta bu yaxınlarda ABŞ-da araşdırma aparılıb ki, cəmi 10 ildən sonra böyük mollar, iri alış-veriş mərkəzləri tarixə qovuşacaq. Artıq mağazaya getməyə ehtiyac da qalmır. Kamera şəxsin parametrlərini sistemə yükləyir və sistem həmin parametrlərə uyğun ölçüləri də müəyyən edir", - deyə N.Cəfərli əlavə edib.

Qeyd edək ki, son dövrlərdə Türkiyədən onlayn alış-veriş etmək trendə çevrilib. Bu sahədə xidmət göstərən şirkətlərdən birindən deyiblər ki, Türkiyədən onlayn alış-veriş etməklə ailələr öz büdcələrinə 50-70%-dək qənaət etmiş olurlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar