Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maaşı verilməyən işçi hara şikayət etməlidir?

Tarix: 09-09-2019 16:37     Baxış: 3133 A- / A+
Maaşı verilməyən işçi hara şikayət etməlidir?

Vətəndaş məvacibini işlədiyi yerdən aylardır ala bilmir. O, maaşının verilmədiyinə görə, həmin iş yerindən öz istəyi ilə çıxıb. Bununla belə, işçiyə yenə də məvacibi verilməyib. Belə olan halda, vətəndaş iş yerindən gecikdirilən maaşını almaq üçün hara müraciət, yaxud şikayət etməlidir?

Mövzu ilə bağlı vəkil Cavid Rzayevlə əlaqə saxladıq.

Vəkil bildirib ki, əgər işçi öz istəyi ilə işdən ayrılıbsa, bu zaman son haqq-hesab olunmalıdır: “İşçiyə əmək kitabçası verilir. Onunla son haqq-hesab olunur və ödəniləcək məbləğ hesablanır”.

Onun sözlərinə görə, əgər işçi ilə son haqq-hesab olunmasa, o, birinci növbədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidir: “Əmək Müfəttişliyi işçinin şikayəti əsasında araşdırma aparır. Müfəttişliyin təsir rıçaqları var. O, işə götürənin izahatını ala, ona inzibati tənbeh tətbiq edə bilər”.

C.Rzayev qeyd edib ki, Əmək Müfəttişliyi işçinin gecikdirilən maaşının geri qaytarılmasına nail ola bilməyəcəyi təqdirdə, vətəndaş son nəticədə məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər: “Vətəndaş Əmək Müfəttişliyinin araşdırma materialları ilə birlikdə məhkəməyə müraciət edə bilər”. e-huquq.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar