Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - Siyahı

Tarix: 23-08-2019 21:12     Baxış: 399 A- / A+
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - Siyahı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşıb.

Manevr.az-ın məlumatına görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.

Ay ərzində uzun düyünün, unun, vermişelin, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, gavalının, əriyin, şaftalının, qarpız və yemişin, üzümün, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, quru noxudun, mərcinin, şəkər və şəkər tozunun, çay və kakao tozunun, dondurmanın, mineral suların, limonadın, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, spagettinin, mal və qoyun ətinin, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın, konservləşdirilmiş mal ətinın, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, brınza pendirinin, kərə yağının, limonun, almanın, albalı və gilasın, çiyələyin, kələmin, pomidorun, xiyarın, soğanın, kola içkisi və pivənın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissərərinin, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, parketin, paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, fotoaparatların, planşet tipli kompüterlərin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, mikrodalğalı sobaların, televizorların, mobil telefonların, noutbukların, saç üçün şampun və boyaların, dezodorantların, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmayıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin və ayaqqabıların təmiri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ödənişli ali təhsil haqqlarının və istirahət turlarının qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar