Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Minimum əmək haqqının artırılması bazarda qiymət artımı ilə nəticələnəcək?

Tarix: 17-08-2019 18:38     Baxış: 396 A- / A+
Minimum əmək haqqının artırılması bazarda qiymət artımı ilə nəticələnəcək?

Dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Maraqlıdır, minimum əmək haqqının belə qaldırılması bazarda qiymət artımı ilə nəticələnəcək? Ölkədə inflyasiyanın yaranacağı gözlənilən haldır ?

Manevr.az xəbər verir ki, bu barədə sualları iqtisadçı-ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında cavablandırıb.

İqtisadçı-ekspert bildirir ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

“Təqribən 700 minə yaxın insan 200 manatdan çox təqaüd alırdı. Onlara verilən məbləğdə heç bir dəyişiklik olmayacaq. Əmək təqaüdü 200 manatdan aşağı olanlarda isə artım olması nəzərdə tutulub . Çox təəssüf ki, illərdir ki, maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır. Bizdə pərakəndə satışda rəqabətli mühit var, yəni ticarət şəbəkələrinin, mağazaların sayı çoxdur. Lakin topdan satış mərkəzləri inhisarçıların əlindədir. Yəni inhisarçılıq fəaliyyəti və topdan satış bazarında oyunçuların sayının az olması və psixoloji gərginliyi də üzərinə gəldikdə təqaüd və maaş artımının qiymət artımı ilə nəticələnməsi ilə müşahidə olunur.

Natiq Əliyev deyir ki, obyektiv subyektiv səbəblərdən dolayı payız və qış aylarında qiymət artımının olacağını düşünürəm.

“Payız aylarında əlavə pul kütləsi bazara daxil olacaq və bu da öz növbəsində qiymət artımı ilə nəticələnəcək. Qiymət artımına təbii amillər də öz təsirini göstərir. Belə ki, payız aylarında artıq yerli məhsulların bazardan çəkilməsini izləmişik. Belə bir “ənənə” də formalaşıb ki, böyük bayramlara yaxın ərzaq məhsullarının qiyməti artsın. Ona görə də noyabr ayının sonundan başlayaraq yeni ilədək həm psixoloji amillərin, maaş və təqaüdlərin artması həm də iqtisadi amillərin, yəni pul dövriyyəsinin artması ilə əlaqədar olaraq ənənəvi xroniki problem olan inhisarçlılıq məsələlərinə görə yanvar ayınadək ciddi qiymət artımı dalğası müşahidə edəcəyik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar