Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əmək pensiyaları ilə bağlı daha iki təklif

Tarix: 15-08-2019 14:18     Baxış: 4138 A- / A+
Əmək pensiyaları ilə bağlı daha iki təklif

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edib.

Manevr.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu məsələ ilə bağlı fikirlərini bildirib və yeni təkliflər irəli sürüb:

"CESD-nin daha bir təklifi qəbul olundu. Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqıdakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda rəsmi illik infliyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman infilyasiya səviyyəsi daha yüksək olur. Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əmək haqqıdakı artım infilyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq infilyasiya səviyyəsi əmək haqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə infilyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əmək haqqıda artım 5.7 faiz olmuşdu.
Əmək pensiyaları ilə bağlı daha iki təklif

Azərbaycan Prezidentinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” dünən imzaladığı fərmana əsasən qanunun "Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin infilyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik infilyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq.

Beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını təklif edirik. Əvvəlla, əmək pensiyasının sığorta hissəsi ya inflyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, infilyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi inflyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu indeksasiya məbləğinə birbaşa təsir göstərək meyardır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar