Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

KİVDF-nin icraçı direktoru və işçilərinin maaşları 30 faizə qədər artırıldı

Tarix: 13-08-2019 10:43     Baxış: 4143 A- / A+
KİVDF-nin icraçı direktoru və işçilərinin maaşları 30 faizə qədər artırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Manevr.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, bu Fondlarda icraçı direktorun maaşı 1463 manatdan 1980 manata, aparat rəhbəri və müşavirin maaşı 1100 manatdan 1540 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, sektor müdirinin maaşı 968 manatdan 1370 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçinin maaşı 737 manatdan 1030 manata, məsləhətçi, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 666 manatdan 930 manata, sürücünün maaşı 330 manatdan 460 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar