Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan banklarında kredit faizləri niyə bu qədər yüksəkdir?

Tarix: 07-08-2019 18:52     Baxış: 4116 A- / A+
Azərbaycan banklarında kredit faizləri niyə bu qədər yüksəkdir?

Problemin çoxşaxəli səbəbləri iqtisadiyyatdan hüquq-məhkəmə sisteminə kimi...

Azərbaycanda bank faizlərinin yüksək olması uzun illərdir müzakirə edilən əsas problemlərdən biridir və iqtisadi inkişafın qarşısında əngələ çevrilib. Dəfələrlə bu məsələ gündəmə gəlsə də, həlli ilə bağlı konkret mexanizm formalaşmayıb. Əksinə yüksək faizləri problemli kreditlərin başlıca səbəbi olmaqla , hər zaman bank sektoru üçün risk formalaşdırır.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı musavat.com-a danışarkən bildirdi ki, hazırda nisbətən yaxşı vəziyyətdə olan ipoteka kreditləridir: “İpoteka kreditləri ilə bağlı vəziyyət qismən yaxşıdır. Dövlət hesabına verilən sosial ipoteka 4 faizdir, adi ipoteka isə təxminən 8 faizdir. Bu faiz dərəcələri bazar faizindən ucuzdur və güzəştlidir. Prinsipcə, Mərkəzi Bankın uçot dərəcəsindən aşağı faiz dərəcəsinin olmasının tərəfdarı deyiləm. Bu gün Mərkəzi Bankın uçot dərəcəsi 8,25faizdir. Pulu banklara verən Mərkəzi Bank onu 8,25 faizlə verirsə, məntiqlə ölkədə bundan aşağı faizlə kredit ola bilməz. Ancaq buna baxmayaraq, İpoteka Fondunun və Sahibkarlığın İnkişafı Fondunun faiz dərəcələri aşağıdır. Bunlar dövlətin güzəştli kreditləridir, onları heç ipoteka krediti də hesab etmirəm. Bunlar bazar kreditləri deyil və onların ən böyük təhlükəsi isə odur ki, təyinatı üzrə verilmir. Bu kreditləri də hamıya vermirlər, bu proses tamamilə qeyri-şəffafdır. Bazar kreditlərinə gəlincə, biznes kreditləri, ipoteka kreditləri və istehlak kreditləri olaraq bölünür. Bunlar arasında ən bahalısı istehlak kreditləridir ki, 20 faizdən başlayır. Biznes kreditləri isə 15 faizdən başlayır. Bu faizlər minimum faizlərdir və hər kəsə verilmir. İpoteka kreditlərini isə son vaxtlar banklar vermirlər. Bu da onunla bağlıdır ki, daşınmaz əmlakın qiyməti artmır, əksinə düşür. Qonşu ölkələrə, Türkiyəyə və ya Rusiyaya baxsaq, Azərbaycanda faizlər yüksəkdir”.
Azərbaycan banklarında kredit faizləri niyə bu qədər yüksəkdir?

İqtisadçının sözlərinə görə, kredit faizlərinin yüksək olmasının birinci səbəbi Azərbaycanda qanunvericilik, məhkəmə və qərarların icrası ilə bağlı mühitin qənaətbəxş olmamasıdır. Qanunvericilikdə boşluqlar çoxdur, qanunların icrasından problem var. Məhkəmələrdəki problem də məlumdur. Bankların faizləri də kreditin riskindən asılıdır.

Bank kredit verərkən düşünür ki, onun bir qismi sabah qaytarılmaya da bilər. Qaytarmayanın da bir qismini itirə bilər, digər qisminin qaytarması üçün məhkəməyə verməlidir, qərarın xeyrinə çıxarılması və icrası üçün pul sırf etməlidir, vəkilə pul verməlidir. Hələ qanunvericilikdə boşluq varsa, bu da əlavə vəsait deməkdir. Məhkəmə sistemində korrupsiyanın olması da burada rol oynayır. Adətən belə rəy var ki, banklar hər zaman məhkəmələri udurlar. Ancaq bu adi vətəndaşlara qarşı məhkəmələrdə belədir, biznesmenlərə qarşı məhkəmələrdə vəziyyət fərqlidir. İş adamı bankdan 1 milyon manat götürür, onun 50 mini məhkəmələrə xərcləməklə bankı udur və qalan vəsaitə də sahib olur. Yəni, bank bu riskləri nəzərə alır və nəticədə faizləri artırır, itkilərini kreditləri qaytaran müştərilər hesabına bağlayır”.

Ə. Həsənovun sözlərinə görə, ikinci səbəb ABM-nin heç də bütün banklara kredit verməməsidir: “Mərkəzi Bank digər ölkələrin Mərkəzi Banklarından fərqli olaraq heç də bütün baklara kredit vermir. Təbii ki, o krediti alan banklar da faiz dərəcəsini endirmirlər. Çünki rəqabət yoxdur, digər bankların belə ucuz kreditlərə çıxışı yoxdur.

Xaricdə isə bütün banklar Mərkəzi Bankdan eyni uçot dərəcəsi ilə kredit götürür və aralarında rəqabət olduğundan ucuz verməyə çalışırlar. Əsas problemlərdən biri də budur”.

İstehlak kreditlərinin faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də ölkədə normal biznes layihələrinin olmamasıdır. Buna münasibət bildirən Ə.Həsənov qeyd olunan məqamı hüquq-məhkəmə sisteminin vəziyyəti ilə əlaqələndirdi: “Banklar biznes layihələrinə kredit ayıraraq qazana bilmədikləri üçün, istehlak kreditlərinin faizlərini artırırlar.

Biznes layihələrinin az olmasının səbəbi isə məhkəmə-hüquq sistemi ilə bağlıdır. O baxımdan son dövrlər ölkədə məhkəmə-hüquq sistemində islahatların aparılmasına başlanılıb. Sahibkarlar o ölkəyə investisiya yatırır ki, orada yaxşı qazanc əldə edə bilsinlər. Bu həm yerli , həm də xarici sahibkarlara aiddir. Qazanc isə gəlirlər xərclər arasındakı fərqdən doğur. Bir neçə il əvvəl ölkəyə neft pulları çox daxil olduğu üçün şirkətlərin gəlir və mənfəətləri də çox idi. Neft bumu idi, pullar çox gəlirdi. Paralel olaraq xərclər də böyük idi, əksəriyyəti isə korrupsiya bilə bağlı idi. Ancaq sahibkar yaxşı gəlir götürdüyü üçün korrupsiyanı da asanlıqla verirdi. Risklər böyük olsa da gəlir də böyük idi. İndi isə gəlir azalıb, ancaq həmin institutsional xərclər qalmaqdadır. Ona görə, əksər sahibkarlar ya bizneslərini bağlayır, ya da xaricə gedirlər. Sahibkar gəlir götürə bilmirsə, bankın faizini necə verəcək. Hara baxsaq , yenə də hər şey qanunçuluqla bağlıdır. Bu sahədə islahatlar aparılmalıdır və artıq məhkəmə-hüquq islahatlarına başlanılıb. Bu bizim istədiyimiz sürət və keyfiyyətlə getməsə də, ümidimiz var”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar