Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən yüksək təqaüdü kimlər alır? - SİYAHI

Tarix: 07-08-2019 17:20     Baxış: 4121 A- / A+
Azərbaycanda ən yüksək təqaüdü kimlər alır? - SİYAHI

Açqılanan sonuncu məlumata görə, Azərbaycanda 62 min 763 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib.

Manevr.az bildirir ki, bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 151 manat 71 qəpik olub.
Bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. 24 min 967 nəfər I qrup əlilliyi görə təqaüd alır. I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 73 manat təşkil edir.
İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı 21 min 403 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 154 manat 51 qəpik olub. Üçüncü sırada isə 11 min 975 nəfərlə şəhid ailələri yer alır. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 259 manat 95 qəpik olub.
Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır. Aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 400 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb və bir nəfərə düşən orta məbləğ 1450 manata bərabər olub.
Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub - 1392 manat 90 qəpik.
Bunlardan başqa, 248 nəfər “Xalq” fəxri adına, 2 min 924 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır. “Xalq” fəxri adına görə verilən təqaüdün orta məbləği 150 manat, “Əməkdar” fəxri adına görə verilən təqaüdün orta məbləği isə 100 manat olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar