Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mərkəzi Bankdan ilin sonunda qiymət artımı proqnozu

Tarix: 27-07-2019 10:40     Baxış: 3147 A- / A+
Mərkəzi Bankdan ilin sonunda qiymət artımı proqnozu


Azərbaycan Mərkəzi Bankı ilin sonunda inflyasiyanın 6%-ədək yüksəlcəyini proqnozlaşdırır. İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı göstərir.

Manevr.az xəbər verir ki,bu barədə Mərkəzi Bankın yayımladığı məlumatda bildirilir. Qeyd olunur ki, "Dəqiqləşdirilmiş proqnozlara görə cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2%) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir".

Əlavə edilib ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınmış, qiymətlərin ümumi səviyyəsi iyunda 0.5% aşağı düşmüşdür. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2.9% təşkil etmişdir.

İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4.3%) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3%) və xidmətlər üzrə illik qiymət artımı (2.3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar