Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Tarix: 05-07-2019 17:50     Baxış: 3103 A- / A+
Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov trend-ə deyib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub, ötən illə müqayisədə isə artım 2.91 faiz təşkil edib.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb, lakin ötən illə müqayisədə 1.64 faiz azalma olub:

"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 6.11 faiz artım, il ərzində isə 1.83 faiz azalma olub.

Ekspert qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar