Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan sanksiyalar altında olan ölkələrin əhatəsində

Tarix: 21-06-2019 09:47     Baxış: 4161 A- / A+
Azərbaycan sanksiyalar altında olan ölkələrin əhatəsində



Ekspert: “Ölkəmiz üçün sadə olmayan vəziyyət yarana bilər”

ABŞ hökuməti S-400 zenit qurğusu alacağı təqdirdə Türkiyəyə qarşı 3 sanksiya paketi üzərində dayanıb. Bu barədə nüfuzlu “Bloomberq” agentliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Maliyyə Nazirliyi və Dövlət Departamenti Ankaraya təzyiqləri müzakirə edir. O da iddia olunur ki, hazırlanan sərt sanksiya paketi Türkiyə iqtisadiyyatına ciddi zərbə vura bilər.

BBC-nin hazırladığı materialda iddia olunur ki, hazırda amerikalı rəsmilərin üzərində dayandığı əsas sanksiya layihəsi Türkiyənin strateji müdafiə sənayesi şirkətlərinin “ABŞ-ın düşmənləri ilə embarqolar vasitəsilə mübarizə” Qanunu" (CAATSA) çərçivəsində embarqoya məruz qalması fikridir.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul olunub. Bu qanun əsasən Rusiya, İran, Şimali Koreya kimi ölkələrə qarşı embarqolar vasitəsilə mübarizənin önünü açmışdı. 2018-ci ildə isə ilk dəfə Çinin Mərkəzi Hərbi Komissiyasının cihaz departamentinə qarşı CAATSA çərçivəsində dolaylı embarqo tətbiq olunub.

Türkiyənin müdafiə sənayesinə qarşı bu embarqoların tətbiq olunması nəticəsində bu şirkətlərin ABŞ maliyyə sisteminə girişi yasaqlanacaq, eləcə də bu şirkətlərin ABŞ firmaları ilə əməkdaşlığı, onlardan material və ehtiyat hissələri alması mümkün olmayacaq. “Blomberq” onu da yazıb ki, bu layihə S-400 alınacağı təqdirdə F-35-lərin satışının dayandırılması qərarı ilə bağlı deyil.

Məlumdur ki, ABŞ-ın Rusiya və İrana qarşı sərt sanksiyaları var. Hər iki dövlət xeyli vaxtdır sanksiyalar altındadır. Türkiyəyə qarşı sanksiyanın qəbul edilməsi regionda üçüncü nəhəng dövlətin ABŞ sanksiyalarının altına düşməsi demək olacaq. Beləliklə, Azərbaycan sanksiyalar altında olan üç böyük dövlətlə əhatələmiş olacaq. Azərbaycanın hər üç dövlətlə iqtisadi, siyasi sahədə çox sıx əlaqələrinin olduğunu nəzərə alsaq, sanksiyalar altında olan üç dövlətin əhatəsində olmağın ölkəmizə iqtisadi, siyasi təsirlərinin olub-olmayacağı məsələsini gündəmə gətirir.
Azərbaycan sanksiyalar altında olan ölkələrin əhatəsində


REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əgər İran və Rusiya üçün Amerika sanksiyaları adi haldırsa, Ankara ilk dəfədir NATO tərəfdaşının sanksiyası ilə üz-üzə qalacaq: “Türkiyə Şimali Atlantika alyansının ilk üzvüdür ki, ABŞ ona sanksiya tətbiq etməyə hazırlaşır. Təbii ki, istənilən sanksiya növü onun tətbiq edildiyi ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. İqtisadi planda onlar qonşuluq etdikləri ölkələr üçün də izsiz ötüşmür. Sanksiya altında olan üç böyük dövlətlə əhatə olunmaq Azərbaycan üçün sadə olmayan vəziyyət sayıla bilər. Qərbin Azərbaycanla qonşu ölkələrə tətbiq etdiyi sanksiyalar, həmçinin həmin ölkələrdə iqtisadi böhran, onların valyutalarının məzənnəsinin enməsi Bakı üçün də təsirsiz ötüşməyəcək. Türkiyəyə qarşı da sanksiyalar tətbiq olunursa, mən düşünmürəm ki, bu sanksiyaların səviyyəsi İrana və Rusiyaya qarşı sanksiyaların səviyyəsi kimi olsun. Çünki hər halda, Türkiyə NATO dövlətidir. Türkiyəyə qarşı sanksiya dalğası daha çox makroiqtisadi göstəricilərə və lirənin enməsinə görə ticarətin səviyyəsinə təsir edə bilər. Türkiyənin, eləcə də Rusiya və İranın iqtisadiyyatında təlatümlərin olması isə təbii olaraq qonşu Azərbaycana da təsir göstərə bilər. Bu hadisənin həmin ölkələrin daxilində siyasi vəziyyətə də təsiri olacaq. Qonşu ölkələrdə siyasi vəziyyətin isə istər istəməz Azərbaycan da siyasi təsirlərinin olması mümkündür. Biz artıq bu gün İrana qarşı müəyyən sanksiyaların təsirlərini görürük. Xüsusilə Türkiyə-Amerika münasibətlərinin gərginləşməsi Azərbaycana da təsir göstərə bilər”.

Ekspert hesab edir ki, Türkiyəyə sanksiyalar tətbiq olunsa belə, Azərbaycan bu sanksiyalara heç bir halda qoşulmayacaq: “Azərbaycanın bu vəziyyətdə diqqətli davranmağa davam edəcəyini düşünürəm. Türkiyə bizə qardaş ölkədir. Türkiyəyə qarşı sanksiyalara qoşulmamız mümkün deyil. Amma ABŞ-ı da çox ciddi şəkildə qıcıqlandıracaq addımlar atmayacaq. Yaranacaq vəziyyətdə Azərbaycan kiminsə tərəfini tutmamalıdır. Rəsmi Bakı açıq şəkildə göstərməməlidir ki, qonşuları ilə münasibətdə Qərbin tərəfindədir, eyni zamanda da Qərb ölkələrinin əleyhinə bəyanatlar verməməlidir. Məncə, belə də olacaq. Azərbaycan yetərincə ehtiyatlı, rasional və diplomatik hərəkət etməlidir. İmkan daxilində bu mürəkkəb dönəmdə neytrallığı saxlamalıdır ki, bu da ölkənin geosiyasi maraqlarına xidmət edir. Əks təqdirdə, sanksiya altında olan üç böyük dövlətlə əhatə olunmağın daha ciddi iqtisadi-siyasi təsirləri ilə üz-üzə qala bilərik”.musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar