Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya və Avropa dollardan imtina edir

Tarix: 14-06-2019 10:33     Baxış: 4129 A- / A+
Rusiya və Avropa dollardan imtina edir


Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrup yaradacaq.

Bu haqda Rusiyanın baş nazirinin müavini Anton Siluanovun mətbuat katibi Andrey Lavrov məlumat verib.

“RİA Novosti”nin məlumatına görə, Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında keçirilən görüşdə ikitərəfli ticarət, o cümlədən enerjidaşıyıcılarının alqı-satqısı ilə bağlı hesablaşmaların dollarda yox milli valyutalar – rubl və avroda aparılması müzakirəyə çıxarılıb.

Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Onun sözlərinə görə beynəlxalq şirkətlərin milli layihələrdə iştirakı üçün hər hansı maneə yoxdur.

Görüşdə Rusiya baş nazirinin birinci müavini həmçinin Avropa komissiyası vitse-prezidentini Rusiyada investisiya abu-havasının yaxşılaşdırılması və ticarətin liberallaşdırılması istiqamətində atılan addımlarla bağlı məlumatlandırıb.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar