Sizin Reklam Burada
Xəbər lenti
19 avqust
18 avqust
BÜTÜN XƏBƏRLƏR

DGK Çindən gətirilən malların qiymətini artırır? – Rəsmi

Tarix: 11-05-2019 11:21     Baxış: 270 A- / A+
DGK Çindən gətirilən malların qiymətini artırır? – Rəsmi

Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir.

Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”, -məlumatda qeyd olunub.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar