Xəbər lenti
Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları “Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.
Laboratoriya rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib. Zərərli güvənin kartof, badımcan və tütün məhsullarına da zərər vura biləcəyi deyilir. Yüklə bağlı protokol tərtib olunub və sahibi cərimələnib. Məhsul sərhəddən Azərbaycana geri qaytarılıb.
Qeyd edək ki, analoji hadisə ötən ay da baş vermişdi. Onda 16,2 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmamışdı.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
KƏRAMƏT
Tural Turan
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar