Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borcunu zamin ödəyibsə kompensasiya kimə verilməlidir? - VİDEO

Tarix: 21-04-2019 20:48     Baxış: 4205 A- / A+
Kredit borcunu zamin ödəyibsə kompensasiya kimə verilməlidir? - VİDEO

Sumqayıt şəhər sakini uzun müddət zamin durduğu kreditin borcunu ödəyib. Ancaq kompensasiya məbləği həmin şəxsə yox, krediti götürən əsas borcalana veriləcək.

Manevr.az xezerxeber.az-a istinadən xəbər verir ki, kredit borcu zaminin kartından çıxılsa da, kompensasiya almaq zamanı gələndə həmin vəsait zaminin yox, əsas borc alan şəxsin hesabına yüklənəcək.

Maraqlı vəziyyət Sumqayıt şəhər sakini Vüsal İsgəndərovun başına gəlib. O, zamin kimi ödədiyi kreditə görə kompensasiya almaq üçün banka mrüaciət edib. Bankdan isə bildiriblər ki, pulu almaq üçün krediti ödəyən şəxsin özü gəlməlidir. Onun sözlərinə görə, zamin durduğu kreditə görə indiyə qədər banka 1200 manat borc ödəyib.

Vəkil Anar Ramazanov bildirir ki, kompensasiya məbləğinin əsas borc alana yönləndirilməsi qanuni olaraq düzgün atılan addımdır. Ancaq kompensasiyanın bölüşdürülməsində əsas borc alanla zamin arasında anlaşılmazlıq yaranırsa, bunun hüquqi müstəvidə bir sıra yolları var. Bunlardan biri dərhal məhkəməyə müraciət edərək kompensasiya ödənişinin əsas borc alana verilməsini məhkəmə araşdırması bitənədək dayandırmaqdır.

Anar Ramazanov qeyd edir ki, kompensasiya ödənişindən pay almaq üçün daha bir metod isə əldə olunan maddi sübutlarla ümumi qaydada məhkəməyə müraciət etməkdir.

Qeyd edək, sabahdan etibarən problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinə start verilir və gələn ayın sonuna qədər bu proses başa çatacaq.
xezerxeber.az-a istinadən xəbər verir ki, kredit borcu zaminin kartından çıxılsa da, kompensasiya almaq zamanı gələndə həmin vəsait zaminin yox, əsas borc alan şəxsin hesabına yüklənəcək.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar