Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya bazarında kərə yağı təlaşı: Azərbaycan üçün GÖZLƏNTİ

Tarix: 07-04-2019 16:48     Baxış: 3174 A- / A+
Dünya bazarında kərə yağı təlaşı: Azərbaycan üçün GÖZLƏNTİ

Qlobal ərzaq qiymətləri martda aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə geriləyib.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərini göstərən Ərzaq Qiymətləri İndeksi, martda fevral ayı ilə müqayisədə dəyişməyib və 167 bənd olaraq baş tutub. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə isə 3,6 faiz düşüb.

Qlobal ərzaq qiymətləri, süd məhsullarındakı qiymət artımı ilə taxıl, bitki mənşəli yağ və şəkər qiymətlərinin aşağı düşməsi ilə tarazlanıb.

Süd Məhsullarının Qiymət İndeksi, martda əvvəlki aya nisbətən 6,2 faiz artıb. Sözügedən artıma kərə yağı, pendir və süd tozuna artan idxal tələbi təsir göstərib. Ət Qiymətləri İndeksi də bu dövrdə aylıq müqayisədə 0,4 faiz artarkən, Bitki Yağı Qiymətləri İndeksi 4,4 faiz azalma qeyd edib.

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi, martda əvvəlki aya nisbətən 2,2 faiz azalıb. Taxıl qiymətlərindəki azalmaya buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəb olub. Şəkər Qiymətləri İndeksi də mühüm istehsalçı ölkələrdəki məhsuldarlığın təxmin ediləndən çox olması səbəbindən bu dövrdə 2,1 faiz azalıb.

Qeyd edək ki, 2019-cu ilin fevral ayı üzrə Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların həcmi 1 797.70 ton, 9 milyon 218 min 220 ABŞ dolları dəyərində, yəni ümumi idxalı 0.43 faizi nisbətində olub.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə dünya bazarında yenidən bahalaşan kərə yağının Azərbaycan bazarına təsirlərindən danışıb. O, bildirib ki, hazırda dünyada ərzaq məhsullarının əksəriyyətinin bahalaşması Azərbaycanın daxili bazarına birbaşa təsir edir:
Dünya bazarında kərə yağı təlaşı: Azərbaycan üçün GÖZLƏNTİ

“Məlum məsələdir ki, Azərbaycan bəzi məhsullar üzrə daxili tələbatının yarısını, bəzi məhsullar üzrə hamısını xaricdən idxal edir. Məsələn, ötən gün İran baş verən təbii fəlakətlər səbəbindən Azərbaycana idxal olunan kartof-soğana qadağa qoydu.Bu qadağa dərhal daxili bazarda öz təsirini göstərdi.FAO-nun məlum açılamasından sonra, hətta daxili bazara psixoloji təsirləri də olacaq.Bahalaşmış məhsullar daxili bazara çatmamış köhnə qiymətlərə gətirilən məhsulların qiyməti artacaq.Dünya bazarında ərzaq məhsullarının qiymət artımı Azərbaycanın daxili bazarına təsir etmək imkanındadır.Növbəti idxal mərhələsində məhsulların qiymətində artım baş verəcək”.

Ekspertin sözlərinə görə, Azərbaycanın əksər kənd təsərrüfatı məhsullarının daxili tələbatı tam ödəmək potensialı var:

“Bəzi məhsullar var ki, tam, bəziləri da var ki, qismən ödəyə bilər. Məsələn, heyvandarlıq məhsulları ilə Azərbaycan yerli tələbatını ödəyər.Ərzaq buğdası ilə qismən, bostan-tərəvəz bitkiləri ilə əsasən (60-70 faiz) ödəyə bilər.Ölkəmiz soğana olan tələbatını tam ödəmək iqtidarındadır. Ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırarkən illik tələbatı ödəyən məhsullara üstünlük vermək lazımdır.Yəni, onlar strateji məhsul elan edilməlidir.Strateji məhsul kimi, taxılla pambığı elan etmişik.Amma pambığın 1 kiloqramı daxili bazarda tələbatı ödəmir, birbaşa ixrac olunur.Digər tərəfdən, strateji məhsul elan olunan taxıl yerli tələbatı belə ödəmir.Buna görə də biz bunun arxasına düşməməliyik.Ölkənin aqrar sektoru elə inkişaf mərhələsindədir ki, geniş şəkildə istehsal olunan məhsulların istehsalını stimullaşdırmalıyıq”.

Akif Nəsirli onu da qeyd edib ki, vətəndaşlarımız xarici fermerlərin investoruna çevrilib:

“Gələcəkdə kənd təsərrüfatının inkişaf etmiş sahələrində texnoloji yeniliklər yüksək mərhələyə keçərsə, taxıl istehsal edib illik tələbatı ödəyə bilərik. Görsək ki, intensiv istehsalla məşğuluq və boş sahələrimiz qalır, o zaman həmin sahələrdə ixrac üçün pambıq istehsal edərik.Amma kənd təsərrüfatını pambıq istehsalına yönəldib, ölkənin daxili bazarını xarici ölkələrdən asılı vəziyyətə salmaq hərtərəfli zərərdir.Vətəndaşlarımız xarici fermerlərin investoruna çevrilib.Əgər bu gün Yeni Zelandiya yağı alırıqsa, artıq Zelandiya fermerinin investoru hesab olunuruq.Hesab edirəm ki, Azərbaycan hökuməti bu barədə ciddi düşünməlidir və yerli istehsalın inkişaf etdirilməsi üçün geniş proqram hazırlanıb həyata keçirilməlidir”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar