Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

SOCAR məşhur qəzetin yazdığını təkzib etdi: “Rusiyada neft yatağı almaq haqqında qərarımız yoxdur”

Tarix: 05-04-2019 22:33     Baxış: 3228 A- / A+
SOCAR məşhur qəzetin yazdığını təkzib etdi:

“Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur”.
Manevr.az bildirir ki, bunu trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib. O bildirib ki, SOCAR müntəzəm olaraq investisiya üçün imkanları nəzərdən keçirməklə bazarların təhlilini aparır: “Antipino neft emalı zavodunun və yataqların satın alınmasına gəldikdə isə, hələlik bu layihələr üzrə investisiya qərarı yoxdur”.

İ.Əhmədov qeyd edib ki, əgər SOCAR gələcəkdə Rusiya ərazisindəki bu və ya digər layihələr barədə investisiya qərarı qəbul etsə, bu barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, SOCAR “Antipino neft emalı zavodu” SC və ona məxsus “New Stream – Moqutovskoye”, hasilat aktivləri, Qremyaçevsk və Vorontsovsk neft yataqlarını satın almağı planlaşdırır. Qəzet yazır ki, SOCAR müəssisələrin aktivlərinin 100 faizini satın almaq və onların 3 milyard dollar həcmində borcunu öhdəliyə götürmək niyyətindədir. Məlumata əsasən saziş ilin sonuna qədər imzalana bilər.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar