Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı

Tarix: 02-04-2019 21:23     Baxış: 396 A- / A+
Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı
2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.

Manevr.az xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.

YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.

Daha öncə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin başçısı Adnan Əhmədzadəyə istinadən xəbər vermişdi ki, Azərbaycan müvəqqəti olaraq Rusiya vasitəsilə nəql olunan neft həcmini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keçirməyi planlaşdırır.

2019-cu ilin ilk 3 ayı ərzində Rusiya ərazisi üzrə neft tranzitinin ümumi həcmi 3,3% artaraq 4,883 milyon ton təşkil edib. Eyni zamanda, Qazaxıstan neftinin tranziti 0,9% artıb və 4,035 milyon ton təşkil edib. Türkmənistan neftinin tranzit həcmi isə 189,8 min ton olub.

Rusiya mənbələri xəbər verir ki, Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə nəqlinin dayandırılmasının səbəbi “Transneft” şirkətininin qərarıdır. Belə ki, Rusiyanın tranzit neft kəmərləri inhisarçısı SOCAR-a Azərbaycan neftinin bu ilin aprelindən başlayaraq ilin sonuna qədər Mahaçqala limanı üzərindən ötürülməsinin dayandırılacağı haqda xəbərdarlıq edib. Baxmayaraq ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair müqavilə qüvvədədir. “Transneft” bunun səbəbini göstərmir.

Ancaq neft sahəsindəki mənbələr hesab edirlər ki, ola bilsin səbəb Mahaçqala limanının texniki imkanlarının məhdudluğudur. Çünki “Transneft” Qazaxıstan və Türkmənistan neftinin nəqlinin artması səbəbindən Mahaçqala limanından neft ötürülməsinin öhdəsindən gələ bilmir.

Mənbələr deyiblər ki, Bakı-Tixoretsk magistral neft kəmərləri sisteminin buraxılış imkanları Mahaçqala-Novorosiysk hissəsində tam istifadə olunub. Nəticədə Mahaçqalada əlavə həcmdə neftin qəbulu mümkün deyil.virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar