Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Problemli kreditlərinin həlli ilə bağlı Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü

Tarix: 04-03-2019 20:13     Baxış: 4200 A- / A+
Problemli kreditlərinin həlli ilə bağlı Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü

28 Fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü.
Manevr.az xəbər verir ki, vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə dövlət tərəfindən çoxsaylı islahatlar həyata keçirilir. Bu sosial islahatlardan biri də 28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması olmuşdur. Şübhəsiz ki, Fərman Prezidentimizin devalvasiyadan zərər çəkmiş insanlara misilsiz dəstəyidir və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərardır. Cənab Prezidentin inqilabi Fərmanı nəinki əhaliyə, həmçinin ölkənin iqtisadiyyatı və bank sektoru üçün də böyük dəstəkdir və bilavasitəvətəndaşlarla banklar arasında etimadın güclənməsinə təsir edir.

İlk növbədə bildirmək istərdik ki, Fərmanın icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

Eyni zamanda, Fərmanın icrası ilə əlaqədar görülən tədbirləri dəstəkləmək məqsədilə Nikoil Bank tərəfindən ilkin tədbirlər görülmüşdür.

Belə ki, 4 mart 2019-cu il tarixində Bankın Baş İdarəsində görüş keçirilmiş və Fərmanın icrası ilə bağlı tədbirləri dəstəkləmək və Bankla koordinasiyasını təmin etmək məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Həmçinin, Bankın müştərilərinin Fərmanın icrası ilə bağlı suallarının Banka ünvanlanmasını və araşdırılmasını sadələşdirmək, habelə müştərilərin rahatlığını təmin etmək məqsədilə sual@nikoil.az elektron poçt ünvanının yaradılması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan elektron poçt ünvanı 4 fevral 2019-cu il tarixindən etibarən müştərilərin müraciətlərini qəbul etməyə hazırdır.

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl filial şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətlərini təklif edir. Bankın bütün məhsul, aksiya və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.azxeber.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar