Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vergisi “sabit” olanlar kimlərdir? - SİYAHI + HESABLAMA

Tarix: 12-12-2018 16:52     Baxış: 3199 A- / A+
Vergisi “sabit” olanlar kimlərdir? - SİYAHI + HESABLAMA

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib.


Manevr.az
xəbər verir ki, hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.

Vergi ödənişləri necə hesablanmalıdır?

Bu kateqoriyaya düşənlər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.
Vergisi “sabit” olanlar kimlərdir? - SİYAHI + HESABLAMA

Cədvəldə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

• Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
• Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

• digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Qəbzdə bu məlumatlar olmalıdır

Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:

• vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;

• vergi ödəyicisinin VÖEN-i;
• qəbzin qüvvədə olma müddəti;

• fəaliyyətin həyata keçirildiyi ərazi;

• ödənilmiş verginin məbləği;
• fəaliyyət növünün adı.

Geri qaytarılmır, əvəzlənmir
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir.

Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar.

Vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.
Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim edirik.

Bərbərlər üçün hesablama qaydası

Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada aparılacaq:

Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.

Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.

Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 20 manat.
Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.

Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 20 manat.

Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, altı aylıq və ya illik “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alırlar və heç bir hesabat təqdim etmirlər./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar