Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sayğac göstəricilərini 28.12.2017-ci il tarixində oxuyun, əks təqdirdə, büdcələrinə ziyan gələcək".

Tarix: 17-12-2017 10:55     Baxış: 52 184 A- / A+
Sayğac göstəricilərini 28.12.2017-ci il tarixində oxuyun,  əks təqdirdə, büdcələrinə ziyan gələcək".


"Daxil olan vacib məlumat! Qaz abonentlərinin nəzərinə: diqqətli olun!".

Manevr.az xəbər verir ki, bu xəbərdarlığı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı edib.

O, "Bildiyiniz kimi,Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmiş və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır", - deyərək, bildirib ki, "Azəriqaz" burada hiylə işlətməyi planlayıb:

"Daxil olan məlumata görə, Qaz İdarələrində olan itkilərə görə vəifəli şəxslərin vəzifədən getmə ehitimalı var və bu üzdən onlar qaz itkisini ört-basdır etmək istəyirlər. Bunun üçün də abonentlərin sayğac göstəricilərində dekabrın qaz sərfini yanvar ayının əvvəllərində qeyd etməyi nəzərdə tutublar. Ona görə də bütün abonentlərdən sayğac göstəricilərini 28.12.2017-ci il tarixində oxuyub, mütləq qeyd etmələri xahis olunur. Əks təqdirdə, büdcələrinə ziyan gələcək".

Mirvari Qəhrəmanlı qeyd edib ki, sərfiyyat oxuyan aparatın tarixi 15 gün öncəki günlərə çəkilib.

Bəs, "Smart kart"larda məsələ necə həll olunacaq" sualna gədikdə isə, Mirvari Qəhrəmanlı deyib ki, karta əlavə pul vurulması, onun hamısının 20 qəpikdən hesablanması demək olacaq: "Ona görə də karta yanvar ayının 10-a kimi artıq pul vurmayın. Yoxsa, həmin pulu da sərfiyyata çevirib, siləcəklər".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(Mia.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar