Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahmat yığmamız Ermənistana qalib gəldi - 27 ildən sonra Avropa çempionatının medalçısı oldu

Tarix: 02-11-2019 22:48     Baxış: 3148 A- / A+
Şahmat yığmamız Ermənistana qalib gəldi - 27 ildən sonra Avropa çempionatının medalçısı oldu

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.

Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub.

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan - 1:3


Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5

Matey Sebenik - Rauf Məmmədov - 0:1

Yure Skoberne - Qədir Hüseynov - 0:1

Yan Sudel - Eltac Səfərli - 0,5:0,5

Azərbaycan - Ermənistan - 2,5:1,5

Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0

Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5

Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5

Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar