Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məmmədyarovla Rəcəbov 1/8 finalda qarşılaşacaqlar

Tarix: 18-09-2019 09:11     Baxış: 477 A- / A+
Məmmədyarovla Rəcəbov 1/8 finalda qarşılaşacaqlar


Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.

Manevr.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, bu gün isə Eltac Səfərli digər şahmatçımız Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar