Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq turnirində yüzdən çox idmançı iştirak edib

Tarix: 08-09-2019 19:02     Baxış: 2861 A- / A+
Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq turnirində yüzdən çox idmançı iştirak edib

Ağdam rayonu Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq turniri keçirilib. Yarışda bütün yaş qrupları üzrə Qarabağ regional nümayəndəliyinə daxil olan rayon filiallarını təmsil edən 100-dən çox idmançı iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Rahib Məmmədovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan digər Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov və başqaları çıxış edərək, Azərbaycanda idmanın inkişafına və gənclərə göstərilən dövlət qayğısından, Rahib Məmmədovun mənalı ömür yolundan danışıb, bu cür tədbirlərin gənc nəslin cəsur və vətənpərvər ruhda böyüməsində rolunu yüksək qiymətləndiriblər.
Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Rəsmi hissədən sonra Rahib Məmmədovun adını daşıyan Mahrızlı kənd tam orta məktəbin və Döyüş Şöhrəti Muzeyinin birgə hazırladığı kompozisiya nümayiş olunub.
Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər diplom və medalla mükafatlandırılıblar. Tədbirdə, həmçinin vətənpərvərlik mövzusunda şeirlər söyləyən məktəblilərə fəxri fərmanlar verilib./azertac

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar