Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün UEFA Super Kubokunun sahibi bilinəcək

Tarix: 14-08-2019 09:16     Baxış: 3123 A- / A+
Bu gün UEFA Super Kubokunun sahibi bilinəcək

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

"Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" komandaları üz-üzə gələcək. Ötən mövsüm "Liverpul" İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında "Tottenhem"i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. İndiyədək təşkil olunmuş 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox - hərəyə 5 dəfə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb - 15 dəfə.

Bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşəcək. "Dumanlı Albion" təmsilçilərindən son olaraq, "Liverpul" 2005-ci ildə bu kuboka yiyələnib. "Qırmızılar"ın ümumilikdə 3, "zadəganlar"da isə 1 belə titulu var.

14 avqust

UEFA Super Kuboku

23:00. "Liverpul" (İngiltərə) - "Çelsi" (İngiltərə)

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

"Vodafone Park", İstanbul (Türkiyə).


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar