Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri açıqlandı - ADLAR

Tarix: 03-08-2019 16:58     Baxış: 3160 A- / A+
"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri açıqlandı - ADLAR


UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibini açıqlayıb.

Qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər. Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi"nin isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.

"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək. Rəqib isə yenidən İrlandiya "Dandolk"u ola bilər:

"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi

"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi

"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi

"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya) cütünün qalibi

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya) cütünün qalibi

"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə) cütünün qalibi

Püşkatma mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın APOEL səddini keçəcəyi təqdirdə, səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:

PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya)

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya)

"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka)

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan)

Püşkatma mərasimi avqustun 5-də saat 14:00-da başlanacaq.

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar 20-21 avqust və 27-28 avqustda, Avropa Liqasında isə müvafiq olaraq, 22 avqust və 29 avqustda keçiriləcək. İlk matçlar adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar