Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur futbolçu keçmiş komanda yoldaşlarını ifşa etdi

Tarix: 28-06-2019 07:58     Baxış: 3112 A- / A+
Məşhur futbolçu keçmiş komanda yoldaşlarını ifşa etdi

Belaruslu yarımmüdafiəçi Aleksandr Qleb "Barselona"dakı karyerasını xatırlayıb.

38 yaşlı futbolçu ölkəsində yayımlanan "VOKA TV"yə müsahibəsində maraqlı fikirlər səsləndirib. Anri ilə eyni evdə yaşamasından danışan Qleb Deku və Ronaldinyonun məşqə sərxoş vəziyyətdə gəldiklərini bildirib:

"Barsa"ya keçəndə bir müddət Anri ilə eyni evdə yaşadım. Mənə deyirdi ki, bir yer tapana qədər burada qal. Oteldə nə var? Ora darıxdırıcıdır. Hardasa bir ay onun yanında qaldım.

Həmişə mənə söyləyirdi ki, "Barselona"ya niyə gəlmisən. Zəng vurardın, özüm hər şeyi sənə başa salardım.

Açığı, mən əvvəlcə "Barselona"ya getmək istəmirdim. Həqiqətən! Bu, daxildən gələn bir hiss idi. "Bavariya"ya getmək və ya "Arsenal"da qalmaq istəyirdim. Ancaq menecerlər imkan vermədilər. Hələ Qvardiola da zəng vurdu.

"Arsenal"da Anri ilə bu cür danışırdıq: "salam-sağ ol". O da "Barselona"ya keçməyinə məyus olmuşdu. "Arsenal"dan sonra hər şey fərqli idi.

Ronaldinyo və Deku məşqlərə içkili gəlirdi. Sizcə, onları 2008-ci ildə niyə satdılar? Çünki Messini də yoldan çıxaracaqlarından qorxdular".

Qeyd edək ki, Qleb 2008-2011-ci illərdə "Barselona"da çıxış edib. O, ötən mövsümü isə BATE-də keçirib.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar