Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Minsk-2019: Sərbəst güləş üzrə Azərbaycan yığması ikinci olub

Tarix: 28-06-2019 01:47     Baxış: 3252 A- / A+
Minsk-2019: Sərbəst güləş üzrə Azərbaycan yığması ikinci olub


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.

Üç gün mübarizə aparan idmançılar 6 dəst medalın sahibini müəyyənləşdiriblər.

Yalnız iki ölkə təmsilçiləri çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimallılar 4 çəki dərəcəsində çempionluq yaşayıb.Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə 5 mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olublar.

Yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (86 kq) yarışı mükafatsız bitirib.

Gürcüstan millisi Belarusda 4 mükafat qazanaraq, 3-cü olub. Qonşularımız 2 gümüş və 2 bürünc əldə ediblər.

Ümumilikdə isə 24 medalı 9 ölkədən olan idmançılar qazanıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə 8 dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Rusiya 5 qızılla 1-ci, Azərbaycan 2 qızılla 2-ci, Gürcüstan 1 qızılla 3-cü yeri tutmuşdu.

Müqayisə üçün vurğulayaq ki, millimiz həmin vaxt 2 qızıl və 4 bürünc qazanmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar