Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Cabbarov federasiya prezidenti seçildi

Tarix: 15-06-2019 23:15     Baxış: 3104 A- / A+
Mikayıl Cabbarov federasiya prezidenti seçildi

Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Manevr.az xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu,Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov,federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuz Ezmi Qovimuramadhoninin II Avropa Oyunlarında iştirakının artıq böyük nəticə olduğunu qeyd edib. Konfrans nümayəndələrini salamlayan Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib.

Federasiya prezidenti Azərbaycan Badminton ailəsinin bir üzvü kimi böyük fəxr hissi ilə qeyd edib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rolunu xüsusilə vurğulayıb. Mikayıl Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medalları, International Challenge seriyalı turnirin Bakıda keçirilməsi, badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Federasiya prezidenti eyni zamanda bu idman növünün ən mürəkkəb dövründə belə, sevdiyi peşəyə sadiqlik nümayiş etdirən məşqçi və idmançı heyətinə təşəkkür edib.

Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib. Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu növbəti 4 il müddətinə Azərbaycan Badminton Federasiyası prezidenti vəzifəsinə seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində vitse-prezident, Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.

Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu nazir Azad Rəhimovun adından Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Konfransın sonunda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar