Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Futbol Federasiyasına yeni sədr seçildi - Azərbaycanda

Tarix: 13-06-2019 19:32     Baxış: 3157 A- / A+
Futbol Federasiyasına yeni sədr seçildi - Azərbaycanda

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.

Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov tədbiri açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür.

O deyib ki, yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb: "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada futbolun inkişafı üçün əlverişli şərait yaradılıb. Belə ki, muxtar respublikada şəhər və rayonları ilə yanaşı, kəndlərində də müasir stadionlar tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib".

Sonra rayonlarda fəaliyyət göstərən futbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında futbolun inkişafı üçün atılacaq adımları müzakirə ediblər. Çıxışlardan sonra iclasın gündəliyində duran məsələyə əsasən, federasiyanın sədri müəyyən olub. Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Yeni seçilən sədr çıxış edərək bildirib ki, muxtar respublika rəhbəri tərəfindən hər zaman idmana və idmançılara diqqət və qayğı göstərilir. Azad Cabbarov Futbol Federasiyasının bundan sonrakı fəaliyyətinin günün tələbləri səviyyəsində qurulacağını, uşaq, yeniyetmə və gənclərin bu növə cəlbinə diqqətlə yanaşılacağını vurğulayıb.

O, yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. Sonda Futbol Federasiyasının qərar layihəsi oxunub və təsdiq olunub.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar