Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İki güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı - ŞƏKİL

Tarix: 07-06-2019 23:04     Baxış: 3216 A- / A+
İki güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı - ŞƏKİL

Azərbaycanın iki gənc güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında final mərhələsinə yüksəliblər.

Manevr.az xəbər verir ki, iyunun 8-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən gənc sərbəst güləşçilər mübarizəyə qoşulub.

Altmış beş kiloqram çəki dərəcəsində yarışan Turan Bayramov səkkizdəbir finalda güclü rəqiblə qarşılaşıb. Yeniyetmələr arasında dünya, Avropa və Olimpiya çempionumuz Gürcüstan idmançısı Amiran Vaxtanqaşvilini minimal fərqlə məğlub edib. Pəhləvanımız daha sonra Fransa təmsilçisi Marvane Əhməd Yezzanı üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisi Nikolay Qrahmezin də öhdəsindən gələrək finala vəsiqə qazanıb.

Digər idmançımız Abubakr Abakarov (79 kq) da çempionata inamla başlayıb. Güləşçimiz Belarus idmançısını 1 dəqiqə 30 saniyəyə məğlub edib. Yığmamızın üzvü Litva təmsilçisinə də vaxtından əvvəl qalib gələrək adını yarımfinala yazdırıb. O, bu mərhələdə estoniyalı rəqibinə də göz açmağa imkan verməyərək qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub.

Digər pəhləvanlarımız Azər Əhmədov, Elmar Kazımov və Sənan Əlizadə rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, final görüşləri iyunun 8-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
İki güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı - ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar