Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bunu edənlər 5 min manat cərimələnəcək - SƏRT XƏBƏRDARLIQ

Tarix: 08-05-2019 18:15     Baxış: 3179 A- / A+
Bunu edənlər 5 min manat cərimələnəcək - SƏRT XƏBƏRDARLIQ

AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.

Manevr.az xəbər verir ki, biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır.

Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5 min manat məbləğində cərimə olunacaq.

“Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi mayın 2-də daha 5000 bileti satışa buraxıb. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar