Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Roman Abramoviç bizim adamdır - Rəhimov

Tarix: 27-04-2019 08:52     Baxış: 3118 A- / A+
Roman Abramoviç bizim adamdır - Rəhimov

Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşüb.

Manevr.az xəbər verir ki, A.Rəhimov hazırda ölkədə "Formula 1"in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini açıqlayıb.

O, yarımfinalda mübarizəni davam etdirən komandalardan "Çelsi"yə azarkeşlik edəcəyini söyləyib: "Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "Çelsi"yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır".

Nazir "İngiltərəli azarkeşlərdən qorxursunuz?" sualını isə belə cavablandırıb: "Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar".

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) və "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar