Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mixitaryan Bakıya gələcəkmi? - UEFA-dan dəstək

Tarix: 17-04-2019 07:20     Baxış: 3204 A- / A+
Mixitaryan Bakıya gələcəkmi? - UEFA-dan dəstək

"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mixitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.
Manevr.az xəbər verir ki, iddiaya əsasən, qitə futbol qurumunun rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər. UEFA-nın bunun həlli üçün bütün səylərini səfərbər edəcəyi bildirilir.

Qurumdan verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib: "Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir".

Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Arsenal" bu gün səfərdə cavab matçına çıxacaq. "Topçular" mərhələni keçsələr, yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Mixitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.qol.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar