Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İstefalar BAŞLADI

Tarix: 02-10-2017 20:53     Baxış: 4207 A- / A+
İstefalar BAŞLADI
"Barselona” klubunun vitse-prezidenti Karles Villarubi və idarə heyətinin üzvü Xordi Mones istefa verib.
Manevr.az-ın apasport.az-a istinadən məlumatına görə, buna səbəb La Liqanın ötən turunda "Las Palmas”la qarşılaşmanın təxirə salınmaması olub.
Məsələ burasındadı ki, Kataloniyada referendum səsverməsi ilə əlaqədar "Barselona” rəhbərliyi İspaniya Futbol Federasiyasından "Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya bu tələbi rədd etmiş, meydana çıxmayacağı təqdirdə "Barsa”nı 6 xalının silinəcəyi ilə hədələmişdi.
Qarşılaşma baş tutsa da, rəhbərlik federasiyaya etiraz əlaməti olaraq matçın boş tribunalar önündə oynanılmasını qərara almışdı. Görüşün keçirilməsi qərarından məmnun qalmayan Karles Villarubi və Xordi Mones vəzifələrindən istefa veriblər. Klubun daha bir neçə rəsmisinin onlara qoşulması gözlənilir.

Qeyd edək ki, "Las Palmas” üzərində 3:0 hesablı qələbə qazanan "Barselona” 7 turdan sonra itkisiz irəliləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar