Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü məmur kimi təqdim etdi - 3500 dollar “atdı”

Tarix: 16-01-2017 11:45     Baxış: 4266 A- / A+
Özünü məmur kimi təqdim etdi


Ötən gündən etibarən sosial şəbəkələrdə özünü dövlət rəsmisi kimi təqdim edərək dələduzluq edən şəxsin fotosu yayılıb. Fotonu paylaşan şəxslər dələduzun iş düzəltmək adı ilə onlardan 3500 dollar alıb yoxa çıxdığını qeyd edib.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək məqsədi ilə qeyd olunan nömrələrlə əlaqə saxlayıb. Dələduzluğa məruz qalan Kamal Yusifov bildirib ki, özünü Azər kimi təqdim edən həmin şəxs onları əlaqələri vasitəsilə beynəlxalq sertifikat alacağına inandırıb:

“Qohumum inşaat işi ilə məşğul olur. Şəkildə gördüyünüz şəxs də beynəlxalq sertifikat düzəltmək adı ilə bizdən 3000 dollar istədi. Pulu 500-500 verirdik, sonuncu dəfə də pulu dekabrın 29-u vermişik. 30 dekabrda da İngiltərə səfirliyinin qarşısında görüşdük. Səfirliyə girib çıxdı və hər şeyin həll olunduğunu deyib bizi aeroporta göndərdi. O qədər professional işləyirdi ki, dələduz olması ağlımızın ucundan da keçmədi. Sonradan məlum oldu ki, özünü bizə Azər, başqa bir şəxsə isə Sahil kimi təqdim edib. Tanış olduğumuz zaman qonşuluqda yaşayırdı və həmin evi ona prezidentin bağışladığını demişdi. Hətta köhnə telefonlardan istifadə edirdi ki, onlara icazə yoxdur. “Bu gün filan nazir gəldi, filan nazir belə dedi” – deyə elə danışırdı ki, inanmamaq mümkün deyildi. Sən demə, yaşadığı mənzili 10 günlük kirayə götürüb. Ev sahibəsi də Şəkidədir. Nömrəni də başqa bir şəxsin adına alıb. İndi ona aid heç nə tapmırıq”.

K. Yusifov məsələ ilə bağlı polisə müraciət etsə də, polis sözügedən şəxsi tapmağın çətin olacağını bildirib: “İfadə vermişəm, ancaq dedilər ki, çətin tapılar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar