Xəbər lenti
3 tona yaxın qarpız magistrala dağıldı - Bakıya gətirilirdi
Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş "Qazel" maraklı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb. Zərbənin gücündən "Qazel" idarəetmədən çıxaraq yol kənarına aşıb.
Daşıdığı qarpızlar isə magistral yola dağılıb. Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar