Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 2-ci sinif şagirdini maşın vurub öldürdü

Tarix: 16-01-2017 10:24     Baxış: 3255 A- / A+
Bakıda 2-ci sinif şagirdini maşın vurub öldürdü


Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomagistralda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Manevr.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Vahidov Kənan Xoşbəxt oğlu anası ilə məktəbə gedən zaman yolu keçmək istəyərkən "Mercedes" markalı 99 GU 876 dövlət nömrə nişanlı avtomaşın onu vurub. 2-ci sinif şagirdi elə hadisə yerində dünyasını dəyişib.

Məktəblinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ Rayon Şöbəsinə aparılıb.

Baş vermiş yol qəzasını araşdıran Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşad Əmirov salamnews-a faktı təsdiqləyərək bildirib ki, hadisəni törədən sürücü Allahverdiyev Famil Murad oğlunun izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. salamnews

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar