Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Metro bağlanıb, bunu etmək lazımdır ki… – Professor

Tarix: 08-07-2020 15:43     Baxış: 2211 A- / A+
Metro bağlanıb, bunu etmək lazımdır ki… – Professor


Avtobuslarda koronavirusa yoluxma ehtimalı həddindən artıq çoxdur. Düşünürəm ki, metro bağlandığı üçün avtobusların sayını 3-4 dəfəyə qədər artırmaq lazımdır.

Bunu professor Adil Qeybulla ictimai nəqliyyatla bağlı tətbiq edilən qaydaların yoluxmalara təsiri barədə danışarkən deyib. O bildirib ki, bununla yanaşı, özəl avtobusları da müvəqqəti olaraq marşrut xətti kimi istifadəyə vermək olar:

“Əslində, karantin zamanı bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalıdır. Belə olacağı təqdirə əhali evdə qalmalı və onlara buna görə kompensasiya ödənilməlidir”.

Ekspert qeyd edib ki, bu sərt karantin tətbiq edilmirsə, onda metronun açılması daha münasibdir:

“İndiki qaydalarda güc əhalinin karantin davranışlarına verilməlidir. Özəl avtobusların və metronun fəaliyyətinə də icazə verilməlidir. Həmçinin maska taxılması, sosial məsafə gözlənilməsi və s. məsələlərə ciddi riayət edilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar